7 noyabr 2014 17:50
Qurban Qurbanov xəsarət alan azarkeşə baş çəkdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qarabağ” – “Dnepr” matçında Tofiq Bəhramov adına Respublika stadionunda dəmir qapının aşması nəticəsində xəsarət alan Samir Mirzəyevə yenidən baş çəkib. Azarkeşin atası Valeh Mirzəyevin azerisport.az saytına verdiyi məlumata görə, məşqçi gəncin vəziyyətiylə maraqlanıb və hər zaman onun yanında olduqlarını deyib.
Həkimlərin sözlərinə görə, Samir Mirzəyev sabah əməliyyat olunacaq. Onun bütün xərcləri “Qarabağ” klubu tərəfindən ödəniləcək.
