7 noyabr 2014 17:15

Ruslan Rotan: Qarabağla oyunda layiqli qələbə qazandıq

“Dnepr”in kapitanı Ruslan Rotan Avroliqanın qrup mərhələsində “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarına cavab verib. Azərisport.az xəbər verir ki, Rotan ümumilikdə oyundan razı qaldğını deyib:

“Gözlədiyimiz kimi, səfər matçı çətin oldu. Revanş barədə düşünmürdük. İndiki halda bizə xal lazım idi. Layiqli oyunla qələbə qazandıq. Orta sahədə rəqibə rahat oynamağa imkan vermirdik. “Qarabağ”ın oyunu haqda yalnız xoş sözləri deyə bilərəm. Yaxşı heyətə malik mübariz komandadı. Bu komanda bizə qarşı hər iki matçda yaxşı oyun sərgilədi. Heyətində olan legionerlərin oyunu seçilirdi. Biz qol vurandan sonra hesabı bərabərləşdirməyi bacardılar. Amma biz ikinci qol üçün çox səy göstərdik".

Rotan ilk oyundan fərqli olaraq Bakıda çoxlu sayda azarkeş qarşısında oynamağın asan olmadığını da deyib: “Kiyevdə stadionda bu qədər azarkeş yox idi. Məlum səbəblərdən bizim belə dəstəyimiz olmadı. “Qarabağ” üçün yaxşı atmosfer yaratmışdılar. Hər zaman səfər oyunları çətin olur. Lakin biz qələbə qazandıq və deməli güclü idik".

“Dnepr”in futbolçusu hər iki komandanın pley-offa çıxmaq şanslarının qaldığını bildirib: “Bu qələbədən sonra vəziyyətimiz bir qədər düzəldi. Amma son iki oyunda da uğur qazanmaq lazımdır. Qrupda iki oyun qalıb. İndidən kimin mübarizəni davam etdirəcəyini söyləmək çətindir. “Qarabağ” da şanslarını itirməyib".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.