7 noyabr 2014 16:20
Kaliniç: Qol baxımsız alındı
Ukraynanın "Dnepr" klubunun futbolçusu Nikola Kaliniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Topu yaxşı qəbul edib, yerimdə fırlandım. İstədim ki, vurum, lakin alınmadı. Yəqin ki, qapıçı daha bərk zərbə gözləyirdi. Qol bir az pis alındı. Lakin əsas odu ki, top tora daxil oldu".
