7 noyabr 2014 14:45
Kazbek Tuayev: Qurban Qurbanov komandasını ayıltmalıdı
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Qarabağ" - "Dnepr" matçından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Gözləntilər daha çox idi. Birinci hissədə komandamız yaxşı təsir bağışladı. İkinci hissədə niyə oyun alınmadı, bilmədim. Rəqib isə əksinə, sürəti daha da artırdı. Rəşad oyuna başlayırdı, amma top mərkəzə keçən kimi itirilirdi. Artıq hərəkətlər həddən artıq çox idi. İkinci hissədə komanda rəqib qapısına cəmi iki zərbə endirdi. Bədavi Hüseynovla Maksim Medvedevin bu dəfəki oyunu xoşuma gəlmədi. Reynaldo çox top itirdi. Qurban Qurbanov komandasını ayıltmalıdı".
