7 noyabr 2014 14:05
Bruno Qama: Qarabağla oyuna yaxşı hazırlaşmışdıq
Ukraynanın "Dnepr" klubunun futbolçusu Bruno Qama Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Bilirdik ki, qarşımızdakı adi komanda deyil. Onlar ustalıq səviyyəsi yüksək olan futbolçulara, komplektləşmiş heyətə malik idilər. Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, ev oyununda qələbə qazana bilmədik, amma bu oyunda istəyimizə çatdıq, qalib gəldik. Artıq biz də qrupdan çıxmaq uğrunda mübarizəyə qoşulduq. Stadiondakı belə atmosfer hər bir futbolçunu yaxşı motivasiya edir. Baxmayaraq ki, azarkeşlər rəqib komandaya azarkeşlik edirdilər. Dolu tribunalar qarşısında oynamaq əlavə həzzdi".
