7 noyabr 2014 13:45

Muarem: Ümid edirəm ki, növbəti iki oyunda Dneprə məğlubiyyəti unutduracağıq

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- "Dnepr"ə məğlubiyyəti necə şərh edə bilərsiz?
- Çətin oyun olacağını bilirdik. Çünki Kiyevdəki oyunda da oxşar çətinliklər yaşamışdıq. Amma biz yenicə öz oyunumuzu sərgiləməyə başladığımız vaxt rəqib hesabı açdı. Düzdü, bu qol bizi sındırmadı, hücumlarımızı davam etdirdik, qol vurduq. Başqa da şanslarımız vardı. Təəssüf ki, biz onları dəyərləndirə bilmədik.

- "Qarabağ" sanki yorğun görünürdü...
- Xeyr, heç bir yorğunluq yox idi. İkinci hissədə müdafiədən oynamağa başladıq. İnanın ki, bu məğlubiyyətə görə çox məyusuq. Çox istədik ki, belə bir məğlubiyyətlə üzləşməyək. Ukraynalıları qələbə münasibətilə təbrik edirəm. Bizim qarşıda daha iki oyunumuz var.

- İlk hissədə "Dnepr"in cərimə meydançasında iki qayda pozuntusu olsa da, hakim bunu qeydə almadı. Siz həmin epizoda yaxın idiz, orada penalti var idi?
- Mən bu barədə hakimdən də soruşdum ki, niyə aşkar qayda pozuntusunu qeydə almırsan. O, bildirdi ki, həmin epizodu yaxşı görə bilməyib, mümkündü ki, penalti var idi. Belədə ondan qapı arxasındakı hakimdən soruşmağı xahiş etsəm də, buna fikir vermədi. Nə demək olar?

- "Sent-Etyen" və "İnter"lə oyunlardakı şanslarınızı necə qiymətləndirirsiz?
- Çox ümid edirəm ki, müsbət nəticə qazanıb, "Dnepr"ə məğlubiyyəti unutdura biləcəyik.

- Bu oyunda özünüzə bənzəmirdiz. Nə baş vermişdi?
- Birinci hissədə hamımız yaxşı oynadıq. İkinci hissədə isə müdafiəyə çəkildik. Təəssüf ki, bu addım özünü doğrultmadı. Çoxlu səhvlər buraxdıq. Mən də tez-tez səhv edirdim. Ona görə oyunum alınmadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.