7 noyabr 2014 13:55
Samir Abasov: Qarabağın məğlubiyyətinin əsas səbəbkarı Reynaldodu
"Qarabağ"ın sabiq müafiəçisi Samir Abasov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə məğlubiyyətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hamı "Qarabağ"dan qələbə gözləyirdi. Məğlubiyyətin dəqiq səbəbini deyə bilmərəm. Amma mənim fikrimcə, əsas səbəb Reynaldonun zəif çıxışıdı. Komanda hücumda dişsiz təsir bağışladı. Çoxlu top itkiləri oldu. Qoldan başqa rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratmağımızı xatırlamıram. Reynaldo Kiyevdəki oyunda da zəif oynamışdı. Deməzdim ki, hər şeydə braziliyalı günahkardı. Amma bir məqam var ki, onun yaxşı çıxış etdiyi oyunlarda ağdamlılar uğur qazanıblar. Mümkündü ki, indi onda eniş dövrüdü".
