7 noyabr 2014 13:15
Kaliniç Qarabağlı fanatları xorvatlara bənzətdi
Ukraynanın "Dnepr" klubunun futbolçusu Nikola Kaliniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Yaxşı oyun oldu. Çətin qələbə sayəsində vacib üç xal qazandıq. Şadam ki, hər şey bizim üçün uğurlu alındı. Hesab edirəm ki, bu qələbəyə layiq idik. Bizim üçün son şans idi və bu şansdan yararlanmaq üçün əlimizdən gələni etdik. "Qarabağ" çox xoşuma gəldi. Stadionda hökm sürən atmosferi də qeyd etməliyəm. Dolu tribunalar qarşısında oynamaq həmişə xoşdu. Azarkeşlər mənə daha çox xorvat fanatları xatırlatdı".
