7 noyabr 2014 13:00
Ruslan Rotan: Qarabağı məğlub etmək asan olmadı
“Dnepr”in kapitanı Ruslan Rotan Avroliqanın qrup mərhələsində “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarına cavab verib. Azərisport.az xəbər verir ki, Rotan ümumilikdə oyundan razı qaldğını deyib:
“Gözlədiyimiz kimi, səfər matçı çətin oldu. Revanş barədə düşünmürdük. İndiki halda bizə xal lazım idi. Layiqli oyunla qələbə qazandıq. Orta sahədə rəqibə rahat oynamağa imkan vermirdik. “Qarabağ”ın oyunu haqda yalnız xoş sözləri deyə bilərəm. Yaxşı heyətə malik mübariz komandadı. Bu komanda bizə qarşı hər iki matçda yaxşı oyun sərgilədi. Heyətində olan legionerlərin oyunu seçilirdi. Biz qol vurandan sonra hesabı bərabərləşdirməyi bacardılar. Amma biz ikinci qol üçün çox səy göstərdik".
