7 noyabr 2014 12:30

Rəşad Sadıqov: İkinci pleymeykerimizin olmamasından əziyyət çəkirik

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- "Dnepr"ə 1:2 hesabı ilə məğlub oldunuz. Oyunla bağlı fikirlərinizi bolmək istərdik...
- Gözlədiyimiz kimi, gərgin, ağır oyun oldu. Nəticədə məğlub olduq. Çalışdıq ki, sərfəli nəticə qazanaq, amma ikinci qolu da buraxdıqdan sonra məğlubiyyətlə barışdıq.
 
- İlk oyunda Nikola Kaliniçə nəfəs almağa imkan verməmişdiz. Bu oyun niyə belə olmadı?
- Səhvlər oldu, o da istifadə etdi. Halbuki, ona yaxın oynayırdıq. Amma səhv etdik, o da bu səhvdən istifadə etdi.
 
- Qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsiz?
- Şanslar deyəndə ki, biz oyunlarımızı oynayırıq. Qarşıda "Sent-Etyen" matçı var, ona hazırlaşacağıq. Amma hamı çox tələsir. Futbolçuları boş yerə tərifləyib, şişirdirlər, başqa ab-havaya salırlar. Sonra da əziyyət çəkirik. Uşaqları psixoloji cəhətdən oyunlara hazırlamaq üçün çox əziyyət çəkirik. Hamı şanslardan danışır. Bu barədə danışmaq üçün hələ çox tezdi. Son oyun olsaydı, razılaşardım, amma... Qrupda da bu cür komandalarla oynayırıq. Hamı deyir ki, rəqib əsasən çempionat oyunlarını düşünür, Avroliqanı yox. Belə boş, ağılsız söhbətlər çıxır. "Dnepr" də çıxıb, var gücü ilə oynayır. Hamı deyirdi ki, bu matçı fikirləşmir, "Şaxtyor"la çempionat oyununa hazırlaşır. Hesab edirəm ki, bu duruma düzgün yanaşmaq lazımdı. Hamı deyir, qrupdan çıxmaq olar. Biz də çıxmaq istəyirik, amma tələsdirmək lazım deyil.
 
- Sanki, komandanızın əsas hücumçusu Reynaldoda geriləmə hiss olunur. Yəni əvvəlki Reynaldo deyil...
- Hər hansı oyunçu ilə bağlı ayrıca şərh vermək istəmirəm. İstədik ki, komanda şəklində oynayaq. Çalışdıq ki, yaxşı nəticə qazanaq. Bunu etmək üçün şansımız da var idi. Hesab 1:1 olduqdan sonra, deyərdim ki, üstünlük bizdə idi. Amma ikinci hissədə rəqib irəli atıldı. Onlara 1:1-lik hesab sərf etmirdi. Həmin anlarda biz də əks-hücumlardan istifadə etməli idik. Təəssüflər olsun ki, istədiyimiz hücumları qura bilmədik. Əks-hücumlarımız istədiyimiz kimi alınmadı.
 
- Çumbinyonun yeri hələ də görünür?
- Demişdim, yenə deyirəm, Çumbinyonun yeri çox görünür. Bəlkə, başqa oyunçumuzu itirsəydik, yeri bu qədər görünməzdi. Bizdə ikinci pleymeyker olmadığı üçün çətinlik çəkirik. Onun da zədəsi gözlənilməz oldu. Yəqin ki, qış transfer pəncərəsində nəsə fikirləşəcəklər.
 
- Hakimin qərarları ilə bağlı nə deyə bilərsiz? İdarəçilikdən razı qaldız?
- Ümumilikdə, pis idarə etmədi. Ola bilər ki, səhvlər olsun. Bu da normaldı. O da səhv edə bilər. Amma birinci hissədə Reynaldonun yıxıldığı epizod oldu. Həmin epizodun təkrarına baxmadan barədə də nəsə demək düzgün olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.