7 noyabr 2014 00:45
Qarabağın 442 gün sonra gələn məğlubiyyəti
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə məğlubiyyət Azərbaycan çempionu "Qarabağ" üçün bu mövsüm ilk oldu. Azerisport.az xəbər verir ki, ağdamlılar bu mövsüm qitə miqyaslı turnirlərdəki ev oyunlarında məğlubiyyət tanımırdı.
Ağdam təmsilçisi 442 gündən sonra belə bir məğlubiyyətə üzüldü. Qurban Qurbanovun komandası sonuncu dəfə 2013-cü ilin 23 avqust tarixində Almaniya "Ayntraxt"ına uduzmuşdu.
