7 noyabr 2014 00:35
Andrey Popoviç: Millinin heyətini görəndə şoka düşdüm
"Sumqayıt"ın qapıçısı Andrey Popoviç futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyun üçün açıqlanmış heyətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, əsas komandamıza dəvət almaması ilə bağlı bunları söyləyib:
"Bu, Mahmud Qurbanovun qərarıdı. Amma mən milliyə dəvət olunacağımı gözləyirdim. Niyə çağırılmadığımın səbəbini bilmirəm. Açıqlanan heyətə gəlincə, güclü heyətdi. Yenə deyirəm ki, Azərbaycan yığmasının heyətinə baxanda, öz adımı orada görməyincə şoka düşdüm. Hər şeyə rəğmən, Norveçlə oyunda ən azı bir xal qazanacağımıza əminəm".
