7 noyabr 2014 00:25
Namiq Yusifov: Dnepr bizi yaxşı öyrənmişdi
Azərbaycan çempionu "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Dnepr" bizi yaxşı öyrənmişdi. Ona görə də bu gün çox çətinlik çəkdik. Hiss olunurdu ki, rəqib qarşılaşmaya yaxşı hazırlaşıb. Biz isə istədiklərimizi etməkdə çətinliklə üzləşdik. Oyunun sonlarında topu özümüzdə saxlamağı bacarsaq da, qol vura bilmədik".
