7 noyabr 2014 00:15
Maksim Medvedev: Çox səhv etdik
Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Təəssüf ki, bu dəfə "Dnepr"lə oyunumuz alınmadı. Qələbə qazanmaq istəyirdik. Amma ilk qoldan sonra vəziyyət dəyişdi. Çox səhvlər buraxdıq. Şansımız hələ də qalır. "Sent-Etyen"lə səfər matçından əlavə "İnter"lə ev oyunumuz da var".
