6 noyabr 2014 23:50
Sent-Etyenlə İnter sülh bağladı, Qarabağ sonuncu pilləyə düşdü
Bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ"ın yer aldığı F qrupundakı rəqibləri dənövbəti sınağına çıxıb.
Ağdam klubunun Ukrayna "Dnepr"i ilə üz-üzə gəldiyi gündə Fransa "Sent-Etyen"i də İtaliya "İnter"ini qəbul edib. Qarşılaşma sülhlə bitib.
Son turun nəticələri "Qarabağ"ı qrup sonuncusu edib.
Avropa Liqası
F qrupu
6 noyabr
Sent-Etyen - İnter 1:1 (0:1)
Qollar: Dodo, 33 (0:1). Bayal Sall, 50 (1:1).
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Sent-Etyen. "Jofrua Gişar" stadionu.
| 1 | İnter | 4 | 2 | 2 | 0 | 4 | 1 | +3 | 8 |
| 2 | Sent-Etyen | 4 | 0 | 4 | 0 | 1 | 1 | 0 | 4 |
| 3 | Dnepr | 4 | 1 | 1 | 2 | 2 | 3 | –1 | 4 |
| 4 | Qarabağ | 4 | 1 | 1 | 2 | 2 | 4 | –2 | 4 |
