6 noyabr 2014 18:30
Vaqif Sadıqov: Fikrimcə, Qurban Qurbanov Dnepri növbəti dəfə məğlub etməyin yolunu bilir
Azərbaycanlı futbol mütəxəssisi Vaqif Sadıqov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütün Azərbaycan xalqı bu gün "Qarabağ"dan qələbə gözləyir. Ağdam klubu Azərbaycan futbolunda yeni tarix yazmalı və qrupdan çıxmaq şansını yaxşılaşdırmalıdı. Biz inanırıq, istəyirik və bunu gözləyəcəyik. Fikrimcə, Qurban Qurbanov "Dnepr"i növbəti dəfə məğlub etməyin yolunu bilir. Əminəm ki, o, rəqibi yaxşı analiz edib və yetirmələri hamımızın bu komandadan gözlədiyi oyunu sərgiləyəcək".
