6 noyabr 2014 17:15
XL AZAL-la yoxlama oyunu keçirəcək
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "İnter"lə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Oğuz Çətinin komandası növbəti tura paytaxtda hazırlaşır.
Lənkəran klubu hazırlıq prosesi çərçivəsində yoxlama oyunu keçirməyi də planlaşdırır. XL AZAL-la üz-üzə gələcək. Bu oyun noyabrın 12-də "AZAL Arena"da baş tutacaq.
