6 noyabr 2014 16:30
Mahmud Qurbanov: Millidə daha çox yerli məşqçilərin çalışmasını istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının müvəqqəti baş məşqçisi Mahmdu Qurbanov ölkənin bir nömrəli komandasında yerli məşqçilərin çalışmasının tərəfdarıdı. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Başa düşürəm ki, yığmanın yeni baş məşqçisi əcnəbi mütəxəssis ola bilər. İstərdim ki, o, təcrübəli mütəxəssis olsun və Azərbaycan yığması onun rəhbərliyi altında daha da inkişaf etsin. Çox istərdim ki, yığmada yerli məşqçilərin də sayı çox olsun. Bu, Azərbaycan futbolunun inkişafına kömək edər".
