6 noyabr 2014 16:10
Mahir Şükürov toplanışa erkən qatılacaq
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı keçirilir. Azerisport.az xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçulardan Mahir Şükürovun hazırlığa əvvəlcə noyabrın 10-da qatılacağı bildirilsə də, futbolçu sabahdan etibarən təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, “Qarabağ” klubunun oyunçuları toplanışa noyabrın 7-də, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-da qatılacaqlar.
