Elxan Abdullayev: Qarabağ növbəti tarix yaza bilər, mən buna inanıram
Azərbaycanlı futbol mütəxəssisi Elxan Abdullayev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dnepr"in güclü heyəti var və futbolçularının səviyyəsi də "Qarabağ"ın oyunçularından yüksəkdi. Onların "Şaxtyor"la oyunu düşünüb, bəzi futbolçulara istirahət verəcəyi barədə deyilənlər sadəcə, sözdədi. Evdəki məğlubiyyətdən sonra mütləq qələbə qazanmağa çalışacaqlar. "Dnepr"in oyunlarını izləyirəm. Sizə deyim ki, onlar "Qarabağ"la ilk oyuna yaxşı köklənsəydilər, Kiyevdə qalib gələ bilərdilər. Yox, onlar doğrudan da "Şaxtyor"la oyunu düşünəcəklərsə, onda Avroliqaya ciddi yanaşmırlar. Ağdamlılara gəlincə, ikinci qələbə qrupdan çıxmaq şansımızı daha da artıracaq. Komandamızın şansı çoxdu. "Qarabağ" növbəti tarixi uğurun astanasındadı. Onların bunu edəcəyinə inanıram".
