6 noyabr 2014 14:00

Samir Əliyev: Qarabağ Dnepri növbəti dəfə məğlub edəcək gücdədi

Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"ini qəbul edəcək. Bu oyundan nə gözləyirsiz?
- "Qarabağ"ın Kiyevdə qələbə qazanacağını çox az adam gözləyirdi. Etiraf edim ki, mən də pessimist düşünənlər sırasındaydım. Amma komandamız əla oyun sərgiləyərək qələbə qazandılar. İndi daha çətin oyun olacaq. Lakin "Qarabağ" yenə qələbə qazanacaq gücdədi. Komandamızın azarkeşlərin dəstəyinə ehtiyacı var.

- Siz də Bakıdakı oyunun Kiyevdəkindən daha çətin keçəcəyini dediz. Niyə belə düşünürsüz?
- "Dnepr" Bakıya üç xal üçün gəlib. Çünki rəqib qrupdan çıxmaq şansını saxlamaq istəyindədi. Lakin komandamız üçün də vacib görüşdü. "Qarabağ" məğlub olsa, qrupdan çıxmaq şansını itirə bilər.

- "Qarabağ" Bakıda hansı taktika ilə oynamalıdı?
- Bunu Qurban Qurbanov daha yaxşı bilər.

- Reynaldonun son dövrlər qol vura bilməməsi nə ilə bağlıdı? O, Avroliqanın qrup mərhələsində bir dəfə də fərqlənə bilməyib...
- Reynaldo "Qarabağ"ın ən aparıcı futbolçularından biridi. Amma burada komandanın hansı rəqiblərə qarşı mübarizə apardığını da nəzərə almaq lazımdı. Belə komandalara qol vurmaq heç də asan deyil. Həm də kimin qol vurması önəmli deyi, əsas komandanın nəticəsidi. Əlbəttə, o da qol vursa, lap yaxşı olar.

- "Qarabağ"ın bu qrupdan çıxması realdı?
- Əlbəttə. "Dnepr"ə qalib gəlsələr, şanslar daha da artacaq.

- Yığmamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyunda uğur qazanacağına inanırsız?
- Yığmamızın Norveçə qalib gəlməsini çox istərdim. Çünki millini bu oyunda Mahmud Qurbanov çıxaracaq. Fikrimcə, komandamız buna nail olacaq gücdədi.

- Qələbə Qurbanovun yığmanın sükanı arxasında qalmasına kömək edə bilər?
- Bilmirəm. Amma onun bu postda qalmasını istərdim. Artıq yerli mütəxəssislərə güvənmək vaxtıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.