6 noyabr 2014 13:50
Böyükağa Hacıyev: Qarabağın qələbəsindən başqa heç bir nəticə haqda düşünmək istəmirəm
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox ağır oyun olacaq. Baxmayaraq ki, evdə oynayırıq. Nəzərə almaq lazımdı ki, evdə oynamaq səfərdəkindən daha çətin olur. Qələbədən başqa heç bir nəticə haqda düşünmək istəmirəm. Şadam ki, mənim "Neftçi" ilə yazmağa başladığım tarixi indi Qurban Qurbanovlu "Qarabağ" davam etdirir. Bu, onu göstərir ki, azərbaycanlı mütəxəssislər nəyisə bacarırlar. Bəlkə bundan sonra bizə daha çox diqqət yetirərlər".
