6 noyabr 2014 13:40
Mircavadov: Qarabağ Dnepri Sent-Etyenlə oyundakı kimi gərginlikdə saxlamalıdı
Azərbaycan futbolunun veteranı Ağasəlim Mircavadov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Psixoloji hazırlıq çox vacibdi. "Qarabağ"da bu baxımdan hər şey qaydasında olmalıdı. Çünki son turda "Araz Naxçıvan"a qalib gəliblər. Rəqibi isə Kiyev "Dinamo"suna 0:3 hesabıyla uduzub. Ağdamlılar rəqibi meydanın mərkəzində qarşılaşamalıdılar. Həmçinin rəqibi gərginlikdə saxlamaq da vacibdi. Necə ki, "Sent-Etyen"lə oyunda bunun şahidi olmuşduq. 30 min azarkeş "Qarabağ"ı irəli səsləsə də, sakit oynamaq lazımdı. Miron Markeviç ağıllı məşqçidi. Ona görə də komandamıza diqqətli olmaq lazımdı".
