6 noyabr 2014 13:10
Norveç yığmasının üzvü: Azərbaycana qol vurmaq istəyirəm
Futbol üzrə Norveç yığmasının 15 yaşlı yarımmüdafiəçisi Martin Odeqaard AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, bir müddət öncə Madrid "Real"ında baxışda olmuş futbolçu bunları söyləyib:
"Bilirəm ki, başımı aşağı salıb öz işimi görməyim lazımdı. İndi mənim üçün çox vacib məqamdı. Qarşıdakı Estoniya və Azərbaycanla oyunlarda qol vurmaq istəyirəm".
