6 noyabr 2014 13:00
Xəzər Lənkəranın sabiq baş məşqçisi Qalatasarayı çalışdıra bilər
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli "Qalatasaray"ın sükanı arxasına keçə bilər. Azerisport.az xəbər verir ki, o, hazıda Ərsun Yanal və Hikmət Karamanla birgə bu klubun baş məşqçi postuna əsas namizədlərdəndi.
Qeyd edək ki, "Qalatasaray"ı hazırda italiyalı mütəxəssis Çezare Prandelli çalışdırsa da, klub rəhbərliyi onun işindən narazıdı.
