6 noyabr 2014 12:20
Qarabağ FanShop açdı
"Qarabağ" Futbol Klubu yenilikləri ilə azarkeşlərini sevindirməyə davam edir. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu gün Avroliqanın qrup mərhələsinin 4-cü oyun günündə Ukraynanın "Dnepr" klubunu qəbul edəcək.
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun giriş hissəsinda FANSHOP stendləri olacaq. Siz oradan "Qarabağ" futbol klubunun şərflərini, mobil korpus (case) və oyun üçün hazırlanmış "Qarabağ" papaqlarını ala bilərsiz. Bu hələ son deyil! (klub saytı)
