6 noyabr 2014 12:05
İmamverdiyevli Elazığspor kubokda mübarizəni dayandırdı
Futbol üzrə Türkiyə kubokunda 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cavid İmamverdiyevin şərəfini qoruduğu PTT 1-ci Liqa təmsilçisi "Elazığspor" da növbəti matçına çıxıb.
Adıçəkilən komanda 3-cü Liqa təmsilçisi "FBM Yaşamspor"la üz-üzə gəlib. Əsas vaxtı qolsuz bərabərliklə başa çatan matçda əlavə olunmuş vaxtında Elazığ təmsilçisi qapısından buraxdığı 1 qolla məğlub olaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, yarımmüdafiəçimiz bu matça start heyətdə çıxıb və sona qədər mübarizə aparıb.
