6 noyabr 2014 11:45

Muarem Muarem: Dnepr Bakıda fərqli taktika ilə oynayacaq

"Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem UEFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Avroliqanın pley-off mərhələsində Hollandiya "Tvente"sinə qarşı oyunları, bu komandaya vurduğunuz qolu necə xatırlayırsız?
- Evdə hollandlarla heç-heçə oynadıq. Həmin oyunda pleymeyker funksiyasını yerinə yetirirdim, Reynaldonun arxasında çıxış edirdim. Enshededə isə baş məşqçinin qərarına görə öz sevimli mövqeyimdə sol cinah yarımmüdafiəçisi kimi çıxış etməyə başladım. Orada oynamaq mənə daha xoş və asandı. Oyundan öncə uşaqlarla öz aramızda söhbət edib, "Qarabağ"la Azərbaycan futbolunda yeni tarix yazmağa qərar vermişdik. Əsas odu ki, özümüzə inanırdıq.

Bizdə mehriban, ailə kollektivi var. Fikrimcə, uğurlarımızın əsas səbəbi də budu. Düzgün seçilən taktika, uğurlu oyun və yaxşı köklənmə bizim "Tvente" üzərində qələbəmizdə əss rol oynadı.

- "Qarabağ" Fransa "Sent-Etyen"i ilə qolsuz heç-heçəyə razılaşdı. Bu, sizin qrup mərhələsindəki ilk matçınız idi. Fransızlar sizi nə iləsə təəccübləndirdilər?
- Düzünü deyim ki, oyundan öncə kimsə bizə heç-heçə təklif edib, meydana çıxmamağı məsləhət görsəydi, razılaşardıq. Çünki adlı-sanlı rəqiblə qarşılaşırdıq. Amma qarşılaşma elə alındı ki, ondan sonra biz qələbə qazana bilmədiyimizə görə təəssüflənməli olduq. İstənilən halda, bir xal bizim üçün normal nəticə idi və hər şey geridə qalıb.

- Amma Milan "İnter"inə səfərdə iki cavabsız qolla uduzduz...
- Milana oyundan bir neçə gün öncə getmişdik. Yerli havaya uyğunlaşmaq istəyirdik. "San-Siro"da oynamaq böyük məmnunluq və əla təcrübədi. Təəssüf ki, biz onlara uduzduq. Hər hala səviyyə fərqi sözünü dedi.

- "Qarabağ" son turda da "Dnepr"ə qalib gəldi. Kiyevdəki qələbə qolunu siz vurduz. Həmin qolu karyeranızın ən vacib qolu saymaq olar?
- İndiki halda şübhəsiz ki, hə. Mən 19 yaşımdan peşəkar futboldayam. Ukraynada vurduğum qol hələ ki, ən mühümüdü. Şadam ki, qələbədə pay sahibi oldum.

- "Dnepr" indi revanş arzusundadı. Sizcə, onlar bu oyunda nə dəyişiklik edəcək?
- Əminəm ki, Kiyevdəkindən fərqli taktika ilə oynayacaqlar. Bu oyun onlar üçün bir növ sonuncu şansdı. Artıq hər bir komanda digərini yaxşı tanıyır. Oyun tam fərqli inkişaf edəcək. Daha çətin olacaq. Amma biz Tofiq Bəhramov adına Respublika stadionuna da qələbə üçün çıxacağıq.

- Demək olar ki, "Qarabağ" qrup mərhələsində gözlədiyinizdən daha yaxşı çıxış edir?
- Bizim hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Püşkatmadan sonra gördük ki, hər bir rəqiblə mübarizə aparmaq olar. İndidən 1/16 final mərhələsi haqda düşünmək tezdi. Amma mümkünsüz heç nə yoxdu. Öz işimizi görəcəyik, nəticə də gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.