6 noyabr 2014 11:25
Subaşiçin qolu komandasını qrup mərhələsinə daşıdı
Futbol üzrə Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiçin formasını geyindiyi PTT 1-ci Liqa təmsilçisi "Manisaspor" da növbəti matçına çıxıb.
Adıçəkilən komanda 3-cü Liqa təmsilçisi "Zonquldak Kömürspor"la üz-üzə gəlib. Manisa təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək, qrup mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, bu matça start heyətdə çıxan Subaşiç 9-cu dəqiqədə komandasının ilk qoluna umza atıb. Hücumçumuz oyunun 88-ci dəqiqədə Əli Fıratla əvəzlənib.
