6 noyabr 2014 22:49

Qarabağ Dneprə uduzdu

Bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxıb.

Ağdam klubu bu dəfə də Ukrayna "Dnepr"i ilə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibi ilə səfərdə keçirdiyi qarşılaşmada tarix yazaraq, qələbə qazanmışdı. İndi Qurban Qurbanovun komandası belə bir qələbəni ilk dəfə Bakıda, doğma azarkeşləri qarşısında da əldə etməliydi ki, turnir cədvəlindəki mövqeyini daha da yaxşılaşdırsın. Lakin çox təəssüflər olsun ki, təmsilçimiz bu vəzifənin öhdəsindən hələ bilmədi və doğma meydanda məğlubiyyətlə üzləşdi.

Qeyd edək ki, F qrupu çərçivəsindəki digər oyunda "Sent-Etyen" "İnter"i qəbul edəcək.

Avropa Liqası
F qrupu

6 noyabr

Qarabağ - Dnepr 1:2 (1:1)
Qollar: N.Kaliniç, 15 (0:1). L.Corc, 36 (1:1). N.Kaliniç, 73 (1:2).
Sarı vərəqə: İ.Striniç, 31. R.Zozulya, 31. B.Hüseynov, 45+1. N.Kaliniç, 45+1. J.Kankava, 49. R.Rotan, 51.
Hakimlər: Pavel Gil, Pyotr Sadçuk, Marçin Borkovski,  Konrad Sapela.
Əlavə hakim köməkçiləri: Pavel Raçkovski, Kristof Yakubik.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov (77. Cavid Tağıyev, 77), 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc (17. Vüqar Nadirov, 65).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Dnepr: 71. Denis Boyko, 3. Andrey Mazux, 17. İvan Striniç (7. Jaba Kankava, 46), 23. Duqlas, 44. Artyom Fedetski, 14. Yevgeni Çeberyaçko, 20. Bruno Qama (28. Yevgeni Şaxov, 85), 29. Ruslan Rotan (k) (4. Sergey Kravçenko, 90), 9. Nikola Kaliniç, 10. Yevgeni Konoplyanka, 18. Roman Zozulya.
Ehtiyat oyunçular: 16. Yan Laştuvka, 24. Valeri Luçkeviç, 21. Mladen Bartuloviç, 11. Yevgeni Seleznyov.
Baş məşqçi: Miron Markeviç.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.