6 noyabr 2014 00:20
Amit Quluzadə 45 dəqiqə oynadı, komandası uduzdu
Futbol üzrə Portuqaliyanın ikinci liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - Lissabon "Atletiko"su səfərdə "Kovilye" ilə qarşılaşıb.
Oyun həmyerlimizin komandasının 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Amit start heyətdə meydana çıxsa da, fasilədə əvəzlənib.
Qeyd edək ki, "Atletiko" hazırda 15 xalla 19-cu yerdə gedir.
