6 noyabr 2014 00:10

Tarixdə ikinci, mərkəzi arenada ilk zəfər üçün

Bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxacaq.

Xatırladaq ki, Ağdam klubu bu mövsüm avrokuboklar macərasına Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində isə təmsilçimiz Avstriya "Zalsburq"una uduzaraq (2:1, 0:2), ÇL ilə vidalaşdı. Lakin qaydaya görə, ÇL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyən klublar mübarizəni Avroliqanın eyni mərhələsində davam etdirmək şansına malik idi. Çempionumuz məhz bu mərhələdə ünlü Hollandiya "Tvente"si ilə çətin sınaqdan üzüağ çıxaraq (evdə 0:0, səfərdə 1:1), tarixində ilk dəfə adını qrup mərhələsinə yazdırdı.

"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri İtaliya "İnter"i, Fransa "Sent-Etyen"i və Ukrayna "Dnepr"idi. İlk turdakı rəqib Fransa təmsilçisi idi. Bakıdakı həmin oyunda ağdamlılar "Sent-Etyen"dən daha yaxşı oynasa da, qolsuz heç-heçəyə razılaşmalı oldu. Digər "böyük beşlik" ölkəsi təmsilçisi - "İnter"lə görüşdə isə komandamız 0:2 hesablı məğlubiyyətlə üzləşdi. Ağdam təmsilçisi qrupundakı nəhənglərlə müqayisədə nisbətən zəif olan rəqiblə - "Dnepr"lə səfər qarşılaşmasında isə böyük bir sürprizə imza ataraq 1:0 hesablı qələbəyə sevindi. İndi təmsilçimizi bu komanda ilə Bakıda növbəti duel gözləyir.

1918-ci ildə yaranan "Dnepr" ev oyunlarını 31 min azarkeş tutumu olan "Dnepr Arena"da keçirir. Amma Ukraynadakı məlum olaylarla əlaqədar bu komanda Ağdam klubunu Kiyevdəki "Olimpiya" stadionunda qəbul edəcək. 90 milyon dollarlıq büdcəsi olan klub bu vaxta qədər Ukrayna çempionu olmayıb. Klubun əksər uğuruları SSRİ-nin vaxtına təsadüf edir. Belə ki, həmin dönəmdə "Dnepr" 2 dəfə SSRİ çempionu olub, 1 dəfə SSRİ Kubokuna, 1 dəfə SSRİ Super Kubokuna sahib çıxıb. İki dəfə ölkə çempionatının gümüş mükafatçısı olan "göy-ağlar", eyni sayda da bürünc medalları qazanıb. "Qarabağ"ın rəqibi 3 dəfə Ukrayna Kubokunda final oynayıb, 1 dəfə isə İntertoto Kubokunun finalına yüksəlib.

"Dnepr" ötən mövsümü ikinci pillədə başa vurduğu üçün Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ancaq Danimarka "Kopenhagen"ini mübarizədən kənarlaşdıra bilməyən (evdə 0:0, səfərdə 0:2) ukraynalılar çıxışını Avropa Liqasının pley-offunda davam etdirməli olub. Avroliqanın pley-offunda isə "Dnepr" "Qarabağ"ın rəqibi olmaq üçün Xorvatiya "Hayduk"unu mübarizədən kənarlaşdırıb - evdə 2:1, səfərdə 0:0. Bu komanda qrup mərhələsindəki geridə qalan oyunlarında öncə "İnter"ə evdə 0:1 hesabıyla uduzub, "Sent-Etyen"lə səfər oyununda isə qolsuz heç-heçəyə nail olub. "Dnepr" Avroliqanın qrup mərhələsinə uğurlu başlamasa da, Ukrayna Premyer Liqasının cari mövsümündə çox uğurlu çıxış edir. Mövsümün geridə qalan 10 turunda 8 qələbə qazanan bu komanda sadəcə, 1 qarşılaşmada heç-heçə etmişdi və yalnız sonuncu turda Kiyev "Dinamo"suna evdə 0:3 hesabıyla uduzub. Rəqib qapılarından 22 top keçirən Dnepropetrovsk təmsilçisi öz qapısında 7 qol görüb.

Maraq üçün bildirək ki, 2006/07 mövsümündə Ağdam klubunun şərəfini qorumuş Sergey Kravçenko hazırda "Dnepr"da çıxış edir. Komandanın Yevgeni Konoplyanka, Bruno Qama kimi liderləri də var. Klubun prezidenti İqor Kolomoyski, baş məşqçisi Miron Markeviçdi. 63 yaşlı mütəxəssis bu ildən "Dnepr"i çalışdırır.

Göründüyü kimi, "Qarabağ"ın rəqibi zəif komanda hesab oluna bilməz. Bu üzdən də komandamızın "Dnepr"lə oyunda növbəti dəfə uğur qazanması üçün böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə ikinci qələbəsinə imza ata bilər. Təbii ki, ağdamlıların hətta heç-heçəyə nail olması da uğurlu nəticə sayılacaq. Amma qarşılaşma Bakıda keçiriləcəyinə görə, səfərdə keçirilmiş oyunda qələbə qazanıldığı üçün komandamız bu dəfə də sözügedən rəqibini məğlub etməyə borcludu. Bu, "Qarabağ"ın qrupdan çıxmaq şanslarını artırması baxımından da vacib əhəmiyyət daşıyır. Güman ki, bunun vacibliyini komanda üzvləri də çox yaxşı dərk edirlər.

Sonda onu da bildirək ki, "Qarabağ"ın Avroliqada qazandığı istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, Ağdam klubunun hər bir qələbəsi ölkəmizə 0,500, heç-heçə isə 0,250 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 29-cu pillədədi və hesabında 12.000 reytinq xalı var. Bunun 3.125 xalı cari mövsümdə qazanılıb (1.750 xal "Qarabağ"ın, 0.750 xal "İnter"in, qalan 0.625 xal isə "Neftçi"nin sayəsində əldə olunub).

"Qarabağ" hazırda UEFA-nın klub reytinqində 9.400 xalla 164-cüdü. "Dnepr" isə 33.733 xalla 59-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, F qrupu çərçivəsindəki digər oyunda "Sent-Etyen" "İnter"i qəbul edəcək.

Avropa Liqası
F qrupu

6 noyabr

21:00. Qarabağ - Dnepr
Hakimlər: Pavel Gil, Pyotr Sadçuk, Marçin Borkovski,  Konrad Sapela.
Əlavə hakim köməkçiləri: Pavel Raçkovski, Kristof Yakubik.
Hakim-inspektor: Vladimir Antonov (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.