5 noyabr 2014 19:20
İbrahim Şehiç: Dnepr güclü komanda olduğu üçün taktiki cəhətdən səliqəli oynamalıyıq
Azərbaycan çempionu "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Rəqibimiz güclü klubdu. Ona görə də taktiki cəhətdən səliqəli oynamalıyıq. Uğurlu nəticəyə nail olmaq üçün səhvə yol verməməliyik".
