5 noyabr 2014 19:10
Qurban Qurbanov: Qarabağ Kiyevdəkindən daha yaxşı oynamalıdı
Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Bizim üçün hər oyun vacibdi. "Dnepr"lə ilk oyunda qələbə qazansaq da, sabah görüş çətin olacaq. Artıq hər iki komanda bir-birini yaxşı tanıyır. Kiyevdəkindən daha yaxşı oynamağa çalışacağıq. Daha az səhvə yol verməliyik. Uğurlu nəticə üçün hər şeyi edəcəyik".
