5 noyabr 2014 16:15
Draqan Çeran: Bizə bir qələbə lazımdı ki, hər şey qaydasına düşsün
"Simurq"un hücumçusu Draqan Çeran komandasının çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz çox yaxşı oynayırıq. Sadəcə, kiçik problemlərimiz var. Mən dörd oyun oynaya bilmədim. Fikrimcə, tezliklə hər şey qaydasına düşəcək. Bunun üçün bizə yalnız bir qələbə lazımdı".
