5 noyabr 2014 16:00

Ramiz Məmmədov: Millini indiki məqamda əcnəbiyə tapşırmaq mənasız olar

Azərbaycanın veteran futbolçusu Ramiz Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın Avropa Liqasındakı çıxışını necə qiymətləndirə bilərsiz?
- Klubumuzun belə bir turnirin qrup mərhələsində çıxış etməsi məni çox sevindirir. Onların qrup mərhələsində də uğurlu çıxışı ikiqat sevindiricidi.

- Ukrayna "Dnepr"i ilə sabahkı oyundan nə gözləyirsiz?
- "Qarabağ"ın Ukraynadakı gözlənilməz qələbəsi mənim üçün də xoş oldu. Mən daha çox heç-heçə gözləyirdim. Sabahkı oyunda da uğur gözləyirəm.

- Artıq qrupdan çıxmaq haqda düşünə bilərik?
- "Dnepr" üzərindəki mümkün qələbə klubumuzun pley-off mərhələsinə vəsiqə qazanmaq şanslarını artıracaq. Belə oyunla hətta Fransa "Sent-Etyen"i ilə səfər oyununda da uğur gözləmək olar. Ümid edirəm ki, "Qarabağ" qrup mərhələsindən sonra da Avroliqada qalacaq.

- Berti Foqtsun istefasını necə qarşıladız?
- Foqtsun boş-boş açıqlamaları onu gülməli vəziyyətə salmışdı. Onun yığmamızı AÇ-nin final mərhələsinə çıxaracağına dair verdiyi sözə başqa ad vermək də olmur. Onun verdiyi vədi heç Aleksa Ferqyusson, Arsen Venger, Joze Mourinyo də həyata keçirə bilməzdi. Yığmamızın hətta seçmə mərhələ öncəsi də belə bir şansı yox idi. Düzdü, ölkə futbolu inkişaf edir, amma o dərəcədə yox. O, bu cür açıqlamaları ilə Azərbaycan xalqını aldadırdı.

- Bəs onu kiminlə əvəzləməliyik?
- Mən onun yerində yerli məşqçi görmək istərdim. Artıq AÇ-2016-nın seçmə mərhələsinə çıxmaq şansımızı itirmişik. Belə bir vəziyyətdə ona əcnəbi əvəzləyici tapmağın mənasız olduğunu düşünürəm.

- Kimi məsləhət görürsüz?
- Kifayət qədər namizəd var. Nazim Süleymanov, Yunis Hüseynov, Vəli Qasımov, Ağasəlim Mircavadov, Şahid Diniyev, İqor Ponomaryov. Yerli məşqçilərə şans vermək lazımdı. Onların Foqtsdan pis olacağını düşünmürəm. Əksinə, daha yaxşı olar.

- Siz son vaxtların ən məşhur simasının adını qeyd etmədiz...
- Fikrimcə, indiki məqamda Qurban Qurbanova toxunmaq olmaz. Onun "Qarabağ"la uğuru bütün ölkəni sevindirir. Qoy öz işini davam etdirsin. Onun da zamanı gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.