5 noyabr 2014 14:20

İsgəndər Cavadov: Klub fəaliyyətini dayandırırsa, deməli, Azərbaycan futbolunda problem var

Veteran futbolçu İsgəndər Cavadov Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki çıxışına toxunub. Azerisport.az saytına müsahibə verən mütəxəssisin sözlərinə görə "Dnepr"lə oyun "Qarabağ" üçün həm də özünü sübut etmək imkanı olacaq:

"Düzünü deyim ki, "Qarabağ" səfər qələbəsiylə bizləri sevindirdi, həm də təəccübləndirdi. Mən ən yaxşı halda heç-heçə gözləyirdim. Ukrayna təmsilçisi zəif komanda sayıla bilməz. Hücumda yaxşı futbolçulara malikdi. Komandamızın səfər qələbəsi qrupdakı mövqeyinə də təsir edəcək. Sadəcə, cavab görüşü çox vacib xarakter daşıyacaq. Səfərdə qalib gələn "Qarabağ" evdə də udmalıdı. Bununla həm də səfərdə qələbənin təsadüfi olmadığını sübut etmək olar. Cavab oyunu çox çətin olacaq. "Dnepr" üçün ev-səfər prinsipi o qədər fərqli deyil. Onlar Bakıda maksimum güc sərf edərək qələbə qazanmağa çalışacaq".

Cavadovun sözlərinə görə "Qarabağ"ın pley-offa vəsiqə qazanmaq üçün əla imkanı var: "Pley-offa çıxmaqla yeni mərhələ açılacaq. Bu, komandamızın özündən asılıdı. Evdə qələbə qazanmaqla böyük ölçüdə ikinci yerdə möhkəmlənirik. Bəlkə də bu oyun qrupda ən vacib görüş olacaq. Toparlanaraq ağıllı oyunla 3 xala sahib çıxmaq lazımdı".

Veteran futbolçu AFFA-nın milli komandaya yeni məşqçi axtarışına da toxunub. Cavadov yeni məşqçi axtarmaqdan əvvəl Berti Foqtsun işini təhlil etməyin vacib olduğunu bildirdi: "İndi milli komanda ətrafında müxtəlif adlar səslənir. Prosineçki və ya digərləri haqda danışmazdan əvvəl millimiz haqda düşünmək lazımdı. Foqts Avropa və dünya çempionudu. Amma o adam etiraf etdi ki, istədiyim nəticəni görmədim. O, Xorvatiya ilə oyundan sonra dedi ki, Azərbaycan millisində perspektivini görmür. Niyə? Bu səbəbi tapmaq çox vacibdi. Deməli, Azərbaycanda yığma səviyyəsində yetərincə futbolçu yoxdu. Niyə yoxdu? Unutmayaq ki, yeni məşqçi də bu futbolçularla işləyəcək. Belə halda nəticə əldə etmək çox çətindi. Problemi kökündən həll etmək gərəkdi. Məşqçi həll etməklə problemlərimiz aradan qalxmayacaq. Müxtəlif namizədləri müzakirə etmək yaxşı haldı. Lakin yeni məşqçinin millimizdə nəyə nail olacağı maraqlıdı. Biz yeni məşqçi gətirəndə hədəfləri söyləməliyik. Azərbaycan futbolunda klub fəaliyyətini dayandırırsa, deməli, problem var. Klublar milliyə futbolçu verir. Bu gün milli çempionatdakı klub yarışdan imtina edirsə, millidən uğur gözləmək real deyil. Biz hər oyun ərəfəsində "qələbə qazanmaq istəyirik" deyə bilərik. Amma etiraf etməliyik ki, millidə islahatlar olmalıdı. Yeni məşqçi bunu bacaracaqmı? Məşqçi axtarışında hansı şərtlərimiz var, onu öyrənmək əsasdı. İndiki vəziyyətdə milliyə gələn məşqçi də bilməlidi ki, komandada görüləsi çox iş var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.