5 noyabr 2014 13:05
Neftçi Bakıya təklif göndərdi
"Neftçi" Topaz Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Simurq"la oyunun hazırlığına sabahdan etibarən start verəcək. Azerisport.az xəbər verir ki, bakılılar hazırlıq prosesi çərçivəsində bir yoxlama oyunu keçirmək istəyindədi.
Bu məqsədlə "ağ-qaralar" "Bakı"ya təklif göndərib. "Zolaqlılar" yaxın günlərdə bu təklifə cavab verməlidilər. Tərəflər razılığa gələ bilsə, bu oyunun noyabrın 13-də keçirilməsi mümkündü.
