Namiq Ələsgərov: Dnepr üçün Bakıdakı oyun son şansdı
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovun azerisport.az saytına müsahibəsi
- Sabah Avropa Liqasını qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə qarşılaşacaqsız. Bu oyundan nə gözləyirsiz?
- Hamımız bilirik ki, bu oyunda bizə çox çətin olacaq. Rəqib komanda üçün bu, qrupdan çıxmaq baxımından son şansdı. Fikrimcə, Kiyevdəkindən daha çətin matç olacaq.
- Bu oyun öncəsi Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Norveçlə görüşə heyəti açıqlandı və həmin siyahıda sizin də adınız var...
- Çox yaxşı hissdi. Uşaqlıqdan ölkənin bir nömrəli komandasına dəvət olunmağı arzulayırdım. Şadam ki, belə bir imkan qazanmışam.
- Dəvət gözləyirdiz?
- Düzünü desəm, yox.
- Sizi Norveçlə oyunda meydanda görə bilərik?
- Əgər məşqçi mənim oynamağımı lazım bilsə, komandamıza kömək etməyə hazıram.
- Yəqin ki, əsas milliyə çağırılmağınızda gənclərdən ibarət millinin kapitanı olmağınız da rol oynadı...
- Yəqin ki. Amma bunda həm də "Qarabağ"da çıxış etməyimin rolu var.
- Topaz Premyer Liqasının son turunda "Araz Naxçıvan" üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiz?
- Biz bu oyunda çox yaxşı çıxış etdik. Dörd qol vurduq, inamlı qələbə qazandıq.
