5 noyabr 2014 12:15
Lansın prezidenti Bakıya gəldi, zəmanətlə qayıtdı
Fransanın "Lans" klubunun prezidenti Jerve Martel Bakıya səfər edib. Azerisport.az xəbər verir ki, o, bu səfərinin məqsədi ilə bağlı klub saytına açıqlama verib:
"Mən Bakıya 4 milyon avro alacağımıza dair zəmanət almaq üçün getmişdim. Çünki oktyabr ayında tam məbləğ ödənilməmişdi (cəmi 1,5 milyon avro). Bu məsələ ilə bağlı "Bank Azərbaycan"dan zəmanət aldım. Onlar tam ödənişin yaxın 15 gün ərzində həyata keçəcəyini bildirdilər. Yanvarda alacağımız 14 milyon avronu da xatırlatdım və bununla əlaqədar da zəmanət əldə etdim. Bütün bunlara görə Azərbaycana təşəkkürümü bildirirəm ki, bizim durumumuza həssaslıqla yanaşırlar".
Qeyd edək ki, "Lans"ın sahibi "Bakı"nın prezidenti Hafiz Məmmədovdu.
