5 noyabr 2014 11:55
Arif Əsədov: Qarabağ Dneprə qalib gələcək
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyun öncəsi şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, "Qarabağ" bu oyunda qələbə qazanacaq. Çətin olacaq. Xüsusilə, səfərdəki qələbədən sonra rəqib komandamıza yuxarıdan aşağı baxmayacaq. Amma məndə belə bir inam var ki, ağdamlılar bizi sevindirəcəklər. Rəqib də qələbəyə oynayacaq. Çünki bu, onların pley-offa çıxmaq üçün son şansıdı. Açıq oyun gözləyirəm. Qollu oyun olacağını gözləyirəm. Sabah ən azı üç qol görə bilərik".
