5 noyabr 2014 00:30
Syomin: Azərbaycanda səviyyəli futbolçular çoxdu
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin bu komandanın yarımmüdafiəçisi Dodonun indi çalışdırdığı Rusiya "Mordoviya"sına getmək şanslarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Transfer pəncərəsi dönəmində nələr olacağını demək çətindi. Mən bu günlə, sabahkı məşqlə yaşamağa alışmışam. Dodoya gəlincə, bu futbolçu müxtəlif mövqelərdə oynaya bilir. O, öz səviyyəsinə görə istənilən Rusiya klubuna fayda verə bilər. Azərbaycanda yüksək səviyyəli futbolçular çoxdu. Məsələn, "Qarabağ"da çıxış edən 3-4 futbolçu mənim fikrimcə, Rusiyanın istənilən komandasında oynaya bilər. Buna əmin olmaq üçün "Qarabağ"ın Milan "İnter"i ilə oyununa baxmaq kifayətdi".
