4 noyabr 2014 19:30
Riçard Almeyda daha 3 il Qarabağda
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Riçard Almeyda ilə müqavilə müddətini uzadıb.
Yarımmüdafiəçi ilə yeni 3 illik müqavilə imzalanıb. Maraq üçün bildərək ki, sambaçı “Qarabağ”a 2012-ci ilin dekabr ayında gəlmişdi. Onun müqaviləsi gələn ilin yayında başa çatmalıydı. Amma yeni müqaviləyə əsasən braziliyalı 2018-ci ilədək Ağdam klubunda oynayacaq.
