Per-Matias Heqmo milli komandamıza qarşı oyun üçün heyətdən razıdı
Futbol üzrə Norveç yığmasının baş məşqçisi Per-Matias Heqmo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarşıda bizi öncə Estoniya ilə yoxlama oyunu gözləyir. Bu matç bizə oyunçuların fiziki durumunu öyrənmək baxımından çox vacibdi. Əlbəttə, Bakıda Azərbaycana qarşı oynayacaq futbolçular estonlarla görüşdə 90 dəqiqə meydanda olmayacaqlar".
Heqmo Coşua Kinqin heyətdə olmamasından təəssüfün dilə gətirib: "O, zədə alıb və son zamanlar özünü yaxşı hiss etmir. Onun sağalmasına gözləniləndən də çox vaxt lazımdı".
"Fikrimcə, bizim kifayət qədər sürətli oyunçulardan ibarət heyətimiz var. Şadam ki, Soderlund da heyətə döndü. Son vaxtlar özünü yaxşı tərəfdən göstərməyi bacarır. Hazırda yaxşı formadadı".
Qeyd edək ki, Azərbaycan və Norveç arasındakı oyun noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək.
