4 noyabr 2014 16:15
Türkiyə mətbuatı Cavadova ən yaxşı qiymət verdi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Türkiyə PTT 1-ci liqasının son turunda "Qaziantep BB" klubunun ən yaxşısı olub. Azerisport.az xəbər verir ki, "Orduspor"la səfər matçında vurduğu 1 qolla komandasının qələbəsində (2:0) pay sahibi olan həmyerlimiz Türkiyə mətbuatı tərəfindən 3 ulduz alıb.
