4 noyabr 2014 15:40
Sumqayıt Qəbələ ilə yoxlama oyunu keçirəcək
Topaz Premyer Liqasının 11-ci turunda "İnter"lə qarşılaşmadan sonra "Sumqayıt" Futbol Klubu istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası noyabrın 7-də yığışacaq.
Komandamız məşqlərini Sumqayıtda keçirəcək. Hazırlıq məqsədi ilə "Sumqayıt" "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma noyabrın 12-də "Kapital Bank Arena"da keçiriləcək. (klub saytı)
