4 noyabr 2014 15:00

Vaqif Cavadov: Norveçlə oyun bizim üçün tsiklin ən vacib görüşü olacaq

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Qaziantep BB" klubunun hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi

- "Qaziantep BB" mövsümdə ilk qələbəsini qazandı. Bu barədə nə deyə bilərsiz?
- Təəssüf ki, ilk qələbəmizi çox gec qazandıq. Bu görüşə ciddi hazırlaşmışdıq. Komandamız meydanda sonadək döyüşdü.

- İki zərbəniz dirəkdən dönsə də, bir qol vurmağı bacardız...
- Şadam ki, komandama kömək edə bildim. Bütün qol vəziyyətlərimi dəyərləndirə bilməməyimə görə təəssüflənirəm. Əsas 3 xal qazanmaq idi ki, ona da nail olduq. Qarşıda bizi "Osmanlıspor"la daha çətin oyun gözləyir.

- Rəhman Hacıyev niyə heyətdə yox idi?
- O, xəstələnmişdi. Hacıyev növbəti tura hazır olacaq.

- Yenidən milliyə qaytarılmağınızla bağlı nə deyə bilərsiz?
- Yığmada oynadığıma görə şadam. Oynadım, oynamadım, ürəyim həmişə bu komandanın yanındadı. Mənimlə yanaşı Hacıyevi də çağırıblar. Böyük məmnuniyyətlə komandamıza kömək etməyə gələcəyik.

- Amma komanda yoldaşınız Ufuk Budak dəvət almadı...
- O, çağırılmadığını mənə dedi. Şübhəsiz ki, məyus olmuşdu. Amma bildirdi ki, növbəti toplanışlara dəvət gözləyəcək. Mənə sadəcə, təsəlli vermək qaldı.

- Noyabrın 9-da yığmamız U-21 ilə üz-üzə gələcək...
- Bəli, bundan xəbərim var. Həmin gün Türkiyədə tur var. Yalnız ondan sonrakı gün Bakıya gələcəyik.

- Norveçlə görüşdən nə gözləyirsiz?
- Çətin oyun olacaq. Komandamızda son dövrlərdə baş verənlər öz təsirini göstərə bilər. Amma istənilən halda meydana qələbə üçün çıxacağıq. Bu, tsikldəki ən vacib oyunlarımızdan biridi. Fasilə ərəfəsində yaxşı nəticə qazanmağımız lazımdı.

- Bu oyun Mahmud Qurbanov üçün də vacib oyundu...
- Ona kömək etməliyik. Yığmanın sükanı arxasındakı ilk oyunu olacaq. İlk növbədə ölkəmiz və Qurbanov üçün qələbə qazanmalıyıq.

- Deyilənə görə, yığmamızın baş məşqçisi olacaq mütəxəssis də bu oyunu izləyəcək...
- Düşünmürəm ki, bu, futbolçuları maraqlandırsın. Bizim üçün Norveçə qalib gəlmək vacibdi. Ondan sonra nə olacağını zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.