Hakimi təhqir edən məşqçi 5 oyunluq cəza aldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Lokomotiv” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Zirə” – “Qaradağ Lökbatan” matçında “Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“MOİK” – “Şahdağ” matçının 65-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Rüstəm Əskərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şuşa” – “Rəvan” matçında “Şuşa”nın məşqicisi Toğrul Əhmədov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub.
