4 noyabr 2014 14:50
Abdullayev əməliyyat olundu
AZAL-la oyunda barmağı sınan “Neftçi”nin futbolçusu Elşən Abdullayev əməliyyat olunub. Azerisport.az xəbər verir ki, əməliyyatı uğurla keçən gənc yarımmüdafiəçi həkimlərin nəzarəti altında müayinəni davam etdirəcək.
Həkimlərin ilkin rəyinə görə, gənc yarımmüdafiəçi ən gec 3 həftədən sonra məşqlərə başlaya biləcək.
