Əvəzedicilərin də cəzaları bəlli oldu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçının 76-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Əvəzedici heyətlərin 10-cu turunun “Bakı” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Bakı”nın futbolçusu Sənan Bayramzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Simurq” – “Xəzər Lənkəran” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu İlyas Səfərzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Neftçi” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
